Atletimiz Zaur Cəfərov Moskvada keçiriləcək pauerliftinq üzrə beynəlxalq turnirə dəvət alıb

Xəbərlər
4 Avqust 2023 10:57
Atletimiz Zaur Cəfərov Moskvada keçiriləcək pauerliftinq üzrə beynəlxalq turnirə dəvət alıb

Avqustun 19-20-də Rusiyanin paytaxtı Moskva şəhərində pauerliftinq üzrə Qran-Pri turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, turnirdə ölkəmizi 6 qat dünya və 6 qat Avropa çempionumuz Zaur Cəfərov (125 kq) təmsil edəcək.

İki gün davam edəcək turnirdə Qazaxıstan, Gürcüstan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə və digər ölkələrdən 300-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

İdman.biz