Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək

31 Avqust 2026 16:50
114
Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək

Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini s;nayacaqlar.

U-15 Azərbaycan Kubokuna 39 komandadan 97 boksçu qatılacaq. 17 çəki dərəcəsində dörd gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəni təmsil edəcəklər.

Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.

İdman.Biz
Məqalədə: