Serbiyanın paytaxtı Belqradda təşkil olunan “Balkan Boxing 11” turnirində Azərbaycan boksçusu Rəhim Əliyev rinqə çıxıb.
İdman.Biz xəbər verir ki, yarım ağır çəki dərəcəsində mübarizə aparan Rəhim Əliyev yerli boksçu Aleksandar Konovalovla qarşılaşıb. Görüş Azərbaycan idmançısının məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Rəhim Əliyev və Aleksandar Konovalov bundan əvvəl də 2021-ci ildə qarşılaşıblar.
