Məhəmməd Abdullayev Dünya Kubokunda yarımfinala çıxdı

28 Noyabr 2026 21:30
51
Məhəmməd Abdullayev Dünya Kubokunda yarımfinala çıxdı

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsinə qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, milli üzvü 1/4 finalda polşalı Yakub Domurada 4:0 hesabı ilə qalib gəlib.

Yarımfinala yüksələn Abdullayev bununla da özü üçün ən azı bürünc medalı təmin edib.

Azərbaycan millisi altı gün davam edəcək yarışda iki boksçu ilə təmsil olunur.

Nəbi İsgəndərov (70 kq) da medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Daşkənd turniri World Boxing-in 2026-cı il üzrə Braziliya və Çində keçirilmiş mərhələlərdən ibarət Dünya Kuboku seriyasının yekun yarışıdır. Hər çəki dərəcəsində səkkiz boksçu mübarizə aparır.

İdman.Biz