ABŞ-li keçmiş dünya çempionu Mayk Tayson Rayan Qarsiya ilə britaniyalı Konor Benn arasında keçiriləcək döyüşlə bağlı proqnozunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, 59 yaşlı sabiq mütləq ağır çəki çempionu “Boxing News”a açıqlamasında Qarsiyanın qələbə qazanacağını düşündüyünü bildirib.
“Rayan qalib gələcək. Döyüşün nokautla başa çatıb-çatmayacağını görəcəyik, çünki Konor getdikcə daha yaxşı olur”, - Tayson deyib.
Rayan Qarsiya və Konor Benn sentyabrın 12-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək “Zuffa Boxing” turnirində üz-üzə gələcəklər.
29 yaşlı Benn peşəkar karyerasında 25 qələbə qazanıb ki, bunlardan 14-ü vaxtından əvvəl başa çatıb. Onun aktivində bir məğlubiyyət də var.
27 yaşlı Qarsiya isə peşəkar rinqdə 24 qələbə əldə edib. ABŞ-li boksçu bu qələbələrin 20-ni nokautla qazanıb və 2 dəfə məğlub olub.
