46 yaşlı Vinus Uilyams “US Open”də ilk mərhələdə uduzdu

31 Avqust 2026 14:29
83
46 yaşlı Vinus Uilyams “US Open”də ilk mərhələdə uduzdu

“Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi, 46 yaşlı ABŞ-li tennisçi Vinus Uilyams 2026-cı il ABŞ Açıq çempionatında ikinci mərhələyə yüksələ bilməyib.

O, turnirin ilk mərhələsində 27 yaşlı həmyerlisi Sofiya Keninə (reytinqdə 110-cu) 2:6, 6:7 (6:8) hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, görüş 1 saat 49 dəqiqə davam edib. Uilyams matç ərzində heç bir eys vurmayıb, beş dəfə ikiqat səhvə yol verib və qazandığı yeddi breyk-poyntdan ikisini reallaşdırıb. Kenin isə bir eys vurub, dörd dəfə ikiqat səhvə yol verib və qazandığı doqquz breyk-poyntdan dördünü xala çevirib.

Qeyd edək ki, Kenin ikinci setin tay-breyki zamanı 2:6 hesabından geri qayıdaraq Uilyamsın dörd setbolunu dəf edib.

ABŞ Açıq çempionatının ikinci mərhələsində Kenin daha bir həmyerlisi Cessika Pequla ilə qarşılaşacaq.

Venera Uilyams isə bununla da WTA səviyyəsində təklikdə ardıcıl 15-ci məğlubiyyətini alıb. Onun son qələbəsi 2025-ci ilin iyulunda Vaşinqton turnirində qeydə alınıb.

İdman.Biz