Azərbaycanəsilli bacı-qardaş Moldovada kamandan oxatma üzrə çempion oldular

31 Avqust 2026 16:44
140
Azərbaycanəsilli bacı-qardaş Moldovada kamandan oxatma üzrə çempion oldular

Moldovada yaşayan azərbaycanəsilli bacı-qardaş Əli və Əmirə Aliyə Osmanovalar ölkə çempionatında uğur qazanıblar.

İdman.Biz xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda keçirilən kamandan oxatma üzrə Moldova Respublikasının çempionatında iştirak edən hər iki idmançı öz kateqoriyasında birinci yeri tutaraq qızıl medal əldə edib.

30 metr məsafəyə atış yarışında Əli və Əmirə yüksək dəqiqlik nümayiş etdiriblər. Hər iki idmançı altı qarşılaşma keçirib və bütün mərhələləri inamla başa vuraraq öz kateqoriyalarında çempion olublar.

Əlinin uğuru isə xüsusilə diqqət çəkir. O, daha əvvəl cüdo ilə məşğul olub. Lakin müəyyən səbəblərdən bu idman növünü dayandırmalı və demək olar ki, sıfırdan yeni idman yoluna başlamalı olub. Bu dəfə seçim kamandan oxatma olub.

Əli yeni idman növünə uyğunlaşmaqda çox vaxt itirməyib və ilk ciddi uğurunu ölkə çempionluğu ilə rəsmiləşdirib.

Beləliklə, Osmanovlar ailəsi Moldova çempionatından iki qızıl medalla ayrılıb.

İdman.Biz