Rauf Məmmədov: “Əlireza Firuzcanın çıxış etdiyi turnirdə qalib olmaq sevindirici haldır”

31 Avqust 2026 16:29
96
Rauf Məmmədov: “Əlireza Firuzcanın çıxış etdiyi turnirdə qalib olmaq sevindirici haldır”

Əlireza Firuzcanın çıxış etdiyi turnirdə qalib olmaq Azərbaycan şahmatçısı Rauf Məmmədov üçün sevindirici haldır.

O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş “Balkan Cup”da birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb.

“Burada 30-a yaxın ölkədən şahmatçılar iştirak edirdilər. 200-dən çox iştirakçı var idi. Ən əsas olan bu yarışda rapid üzrə dünyanın 2-ci nömrəsi Əlireza Firuzca oynayırdı. Mənim üçün elit şahmatçının çıxış etdiyi yarışda qalib olmaq sevincidirici haldır”, - deyə o report.az-a açıqlamasında söyləyib.

R.Məmmədov bu il əsas hədəflərinin Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında yaxşı nəticə qazanmaq olduğunu söyləyib.

Xatırladaq ki, Rauf Məmmədov Sofiyadakı yarışda rapid turnirinin qalibi olub. O, blits yarışında isə üçüncü yeri tutub.

İdman.Biz