Bakıda keçirilən atıcılıq üzrə yarışda dünya rekordu yenilənib

Xəbərlər
22 Avqust 2023 17:44
Bakıda keçirilən atıcılıq üzrə yarışda dünya rekordu yenilənib

Çinli Li Yuehonq Bakıda təşkil olunan atıcılıq üzrə dünya çempionatında dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.

İdman.biz xəbər verir ki, adı çəkilən idmançı kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçmada 40 atışdan 39-nu dəqiq yerinə yetirib.

Gümüş medala Fransadan olan atıcı yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bürünc medalı isə 24 dəqiq atışla Almaniyanı təmsil edən Florian Peter bayram edib.

Komanda yarışında Çin birinci, Amaniya ikinci, Koreya üçüncü olub.

Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak üçün lisenziya qazandırıblar.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

İdman.biz