Emin Cəfərov: “Azərbaycanda Dünya kubokunun mərhələ yarışının keçirilməsi nəzərdə tutulub”

Müsahibə
21 Oktyabr 2023 11:51
338
Emin Cəfərov: “Azərbaycanda Dünya kubokunun mərhələ yarışının keçirilməsi nəzərdə tutulub”

“Azərbaycanda gələn ilin mayında Dünya kubokunun mərhələ yarışının keçirilməsi nəzərdə tutulub”.

İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasından öncə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

O bildirib ki, Dünya kuboku dünya çempionatından status olaraq daha yüksək yarış sayılır: “Avropa çempionatının növbəti illərdə Bakıda keçirilməsi hələ ki, planlaşdırılmır”.
Qeyd edək ki, Avropa Atıcılıq Konfederasiyasının Assambleyaları hər 2 ildən 1 keçirilir.

Emin Ağa

İdman.biz