Bakıda Avropa Atıcılıq Konfederasiyasının Baş Assambleyası işinə başlayıb

Xəbərlər
21 Oktyabr 2023 10:15
230
Bakıda Avropa Atıcılıq Konfederasiyasının Baş Assambleyası işinə başlayıb

Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası işinə başlayıb.

İdman.biz xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının və 50-ə yaxın Avropa ölkəsinin rəhbərləri iştirak ediblər.

Assambleyada çıxış edən Gənclər və İdman Nazirinin müavini Mariana Vasileva iştirakçıları salamlayaraq, bu tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib: "Atıcılıq Azərbaycanda məşhur idman növlərindən biridir. Əminəm ki, bu Assambleyada yalnız müsbət qərarlar verəcək".

Qeyd edək ki, 2 ildən bir keçirilən Assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların növbəti illərdə inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçiriləcək.

Emin Ağa

İdman.biz