Ruslan Lunyov Zaqrebdə bürünc qazanıb

Xəbərlər
15 Oktyabr 2023 18:46
180
Ruslan Lunyov  Zaqrebdə bürünc qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə atıcılıq üzrə Lapua Avropa Kuboku başa çatıb.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan idmançısı yarışda bürünc medal qazanıb.

Ruslan Lunyov 25 metr məsafəyə standart tapançadan atəş üzrə yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasının bayrağı altında keçirilir və qitənin ən güclü atletləri qələbə uğrunda yarışıblar.

İdman.biz