Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışları keçirilib.
İdman.biz xəbər verir ki, isveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb.
20 yaşlı idmançı 251.3 xal toplayıb. Çin təmsilçisi Haoran Yanq gümüş əldə edib. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal isə çexiyalı Frantisek Smetananın payına düşüb.
İlk oyunun nəticələrinə əsasən, İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələrinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.
Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.
İdman.biz