Bakı Atıcılıq Mərkəzində 53-cü dünya çempionatı davam edir. 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında 16 xal qazanan çinlilər qızıl, İran komandası gümüş, Fransa isə bürünc medala sahib olublar.
İdman.biz xəbər verir ki, qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışı da başa çatıb. Yarışda qızıl medalı Slovakiya təmsilçisi 54 xalla Danka Bartekova qazanıb. Gümüş medalı isə ondan yalnız 1 xalla geri qalan Dania Vissi əldə edib. Yarışın bürünc medalına yunanıstanlı Emmanuela Katzuraki layiq görülüb.
Dünya çempionatında "Paris-2024" Yay Olimpiya Oyunlarına daha 4 lisenziyanın sahibi məlum olub. Bunlar qaliblər - Danka Bartekova, Dania Vissi və finalçı Krovetto Çadidlə yanaşı, finala düşməyən Türkiyə təmsilçisi Sena Can olublar.
Yarışın sonunda Azərbaycan gimnastlarının nümunəvi çıxışları baş tutub.
İdman.biz