Türkiyə millisinin üzvləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında mükafatçılar sırasında yer alıblar.
İdman.biz-in məlumatına görə, Şevval İlayda Tarhan-Yusuf Dikeç tandemi gümüş medal qazanıb.
Fəxri kürsünün ən yüksək pilləsinə Eşa Sinqh-Şiva Narval (Hindistan) cütlüyü qalxıb. C.Ranxin-J.Boven (Çin) cütlüyü isə bürünc medala yiyələnib.
İdman.biz