Azərbaycan snayperlərinin təsnifat sınağı

Xəbərlər
10 May 2024 09:32
149
Azərbaycan snayperlərinin təsnifat sınağı

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün 4 növdə yarışlar keçiriləcək.

Tapança ilə 25 m məsafədən atəş açmada kişilər təsnifat mərhələsini yekunlaşdıracaq, qadınlar isə qalibləri müəyyənləşdirəcəklər. Xanımlar tüfənglə üç vəziyyətdən 50 m məsafədən atəş açmaqda təsnifatda dəqiqliyini sınayacaq. Skitdə qarışıq komanda yarışlarında həm təsnifat, həm də final baş tutacaq.

Azərbaycan millisinin 7 snayperi hədəf önünə keçəcək. Ruslan Lunyov, Cəfər Sultanlı və İlham Qarayev tapança ilə 25 m məsafədən atəş açmada mübarizəni yekunlaşdıracaq. Skitdə iki komandamız çıxış edəcək.

Niyaz Ağazadə ilə Nurlana Cəfərova və Fuad Qurbanovla Regina Meftəhəddinova finala vəsiqə üçün yarışır.

Qeyd edək ki, Dünya kuboku mayın 12-dək davam edəcək.

İdman.biz

Məqalədə: