Azərbaycan atıcıları Olimpiya Təsnifat Turnirində

Xəbərlər
19 Aprel 2024 13:54
Azərbaycan atıcıları Olimpiya Təsnifat Turnirində

Atıcılıq üzrə Azərbaycan millisi Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, səngər stendi (trap) üzrə yarışda yığmamızı Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev təmsil edəcəklər.

Bu gün start götürəcək yarış aprelin 29-dək davam edəcək. Turnir Qatarın paytaxtı Dohada təşkil olunacaq.

Qeyd edək ki, stend atıcılığı üzrə növbəti lisenziya yarışı mayın 15-27-də keçiriləcək Avropa çempionatı olacaq.

İdman.biz

Məqalədə: