Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.
İdman.biz-in məlumatına görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.
Azərbaycan təmsilçisi finalda erməni atıcı Nare Qabrielyana qalib gəlib.
Qeyd edək ki, Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.
İdman.biz