Azərbaycan yığması 4-cü qızıl qazanıb

Xəbərlər
24 Mart 2024 22:01
Azərbaycan yığması 4-cü qızıl qazanıb

Azərbaycan idmançıları Almaniyanın Dortmund şəhərində keçirilən beynəlxalq turnirdə növbəti uğurlara imza atıblar.

İdman.biz xəbər verir ki, gənclərdən ibarət qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət cütlük 1-ci yeri tutub. Təmsilçilərimiz 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma növündə qızıl medala sahib olublar.

Qeyd edək ki, millimiz daha öncə 3 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.

İdman.biz