Azərbaycan atıcısı fəxri kürsünün ən yüksək pilləsində

Xəbərlər
23 Mart 2024 20:11
Azərbaycan atıcısı fəxri kürsünün ən yüksək pilləsində

Güllə atıcılığı üzrə Azərbaycan milli komandası Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada mübarizə aparan Vladislav Kalmıkov fəxri kürsüyə yüksəlib.

Hədəfi daha dəqiq nişan alan təmsilçimiz bütün rəqiblərini arxada qoyaraq, qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan millisi turnirdə 6-ci mükafatı olub. Bundan əvvəl komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

İdman.biz