Atıcımız Münhendə medal qazanıb

Xəbərlər
27 Yanvar 2024 20:06
182
Atıcımız Münhendə medal qazanıb

Almaniyanın Münhen şəhərində atıcılıq üzrə ənənəvi 2024 H&N Kuboku start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışda artıq ilk medalını rəsmiləşdirib.

10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada Leyli Əliyeva fəxri kürsüdə yer alıb. O, bürünc medal qazanıb.

Daha bir snayperimiz Vladislav Kalmıkov isə finala yüksəlib.

Qeyd edək ki, 2024 H&N Kuboku yanvarın 28-də başa çatacaq.

İdman.biz