Emil Martinsson: “Hər şey əla təşkil olunmuşdu”

Xəbərlər
31 Avqust 2023 18:33
122
Emil Martinsson: “Hər şey əla təşkil olunmuşdu”

Isveçli Emil Martinsson Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə bürünc medal qazanıb.

İdman.biz saytı xəbər verir ki, təcrübəli idmançı Bakıdakı təşkilatçılıqdan razı qalıb.

Martinsson açıqlamasında bunları deyib: "Yarış zamanı küləkli hava müşayiət olunurdu. Ancaq bu gün vəziyyət olduqca yaxşı idi. Təbii ki, sevinirəm. Xoşbəxtəm ki, yarışa öz töhfəmi verə bildim. Təşkilatçılığa gəlincə, Bakıda hər şey əla təşkil olunmuşdu".

Qeyd edək ki, Bakıda atıcılıq üzrə dünya çempionatına bu gün yekun vurulub.

İdman.biz