İSSF Bakıdakı dünya çempionatının ən yaxşı idman tədbiri seçilməsini müsbət dəyərləndirib

Xəbərlər
30 Dekabr 2023 10:22
İSSF Bakıdakı dünya çempionatının ən yaxşı idman tədbiri seçilməsini müsbət dəyərləndirib

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) Gənclər və İdman Nazirliyinin “İlin yekunu” ilə bağlı keçirdiyi Qala mərasimlə bağlı yazı dərc edib.

İdman.biz xəbər verir ki, İSSF sorğu nəticəsində Bakıda keçirilən dünya çempionatının ən yaxşı idman tədbiri keçirilməsini müsbət dəyərləndirib.

Qurumun rəsmi saytında prezident Luçano Rossi və İcraiyyə Komitəsi Azərbaycan Atıcılıq Federasiyasını təbrik edərək, unudulmaz təşkilatçılıq barədə xatırlama edib.

Azərbaycan paytaxtında avqustun 14-dən sentyabrın 1-dək keçirilən dünya çempionatında 101 ölkədən 1249 idmançı mübarizə aparıb. Mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuya əsasən ikinci yeri kanoe və avarçəkmə üzrə “Prezident reqatası-2023” və üçüncü pilləni taekvondo üzrə dünya çempionatı tutub.

İdman.biz

Məqalədə: