Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 18-də açıq Bakı birinciliyi keçirilib.
İdman.Biz bildirir ki, birincilikdə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçirilib. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə birincilik uğrunda yarışıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Açıq Bakı birinciliyinin texniki nəticələri aşağıdakı kimidir:
1x500m qızlar (2010-2011)
Fatimə Məhərrəmli
1x500m oğlanlar (2008-2009)
İsmayıl Şirinov
K1 500m oğlanlar (2008-2009)
Ivan Vorobyanskiy
1x500m oğlanlar (2010-2011)
Məhəmməd Həsənov
K1 500m oğlanlar (2010-2011)
Elmir Tarverdiyev
1x500m oğlanlar (2012-2013)
Zahid Əmiraslan
K1 500m oğlanlar (2012-2013)
Yunis Əhmədov
K2 500m oğlanlar (2008-2009)
Qiyas Əhmədov
Tengiz Qaqnidze
C1 500m oğlanlar (2008-2009)
Hüseyn Səmədli
K1 500m qızlar (2010-2011)
Darina Xayretdinova
K2 500m oğlanlar
Elmir Tarverdiyev
Mustafa Vəlizadə
C1 500m oğlanlar (2010-2011)
Fəxri Sadıqlı
K2 500m oğlanlar (2012-2013)
Mehdi Mehdizadə
Yunis Əhmədov
