Milli Paralimpiya Komitəsinin prezidenti parataekvondoçularla görüşüb

Xəbərlər
3 Noyabr 2023 12:19
229
Milli Paralimpiya Komitəsinin prezidenti parataekvondoçularla görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev parataekvondo üzrə milli komanda üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə yığmanın baş məşqçi Fərid Tağızadə, məşqçi Yaşar Səfərov, idmançılar İmamməddin Xəlilov, Sabir Zeynalov, Röyalə Fətəliyeva, Amin Şıxaliyev, Orxan Cəfərov və komandanın kapıtanı Əbülfəz Abüzərli iştirak edib.

Komitə prezidenti dünya, Avropa çempionatlarının və Qran-Prinin uğurlu keçdiyini bildirib, yarışlarda medal qazanan idmançıları təbrik edib.

Abdullayev Avropa Para Çempionatı və dünya çempionatından qızıl medalla qayıdan milli komanda üzvləri İmamməddin Xəlilovu və komandanın kapitanı Əbülfəz Abuzərlini xüsusilə təbrik edib, komandanın hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.

Fərid Tağızadə əsas məqsədin Paris-2024 Yay Paralimpiya Oyunları olduğunu qeyd edib. Onun sözlərinə görə, komanda üzvlərinin növbəti yarışa yüksək motivasiya ilə hazırlaşır.

Qeyd edək ki, avqustda Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatını parataekvondo komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc, sentyabrda baş tutan dünya çempionatını isə 1 qızıl, 1 bürünc medal ilə başa vurub.

Parataekvondoçular 29 noyabr - 3 dekabr tarixlərində İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində iştirak edəcəklər.

İdman.biz