Parataekvondo və paraüzgüçülük üzrə beynəlxalq yarışlarda medal qazanan Azərbaycan paralimpiyaçıları Milli Paralimpiya Komitəsində görüş keçirilib.
İdman.Biz xəbər verir ki, görüşdə Almaniyada təşkil olunan yarışlarda iki gümüş medal qazanan parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalov, həmçinin bir gümüş və bir bürünc medala sahib çıxan paraüzgüçü Əli Vəliyev iştirak ediblər.
Tədbirə idmançılarla yanaşı, onların məşqçiləri də qatılıblar. Görüş zamanı paralimpiyaçıların çıxışları və yarış təcrübələri dinlənilib, milli komandaların gələcək uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə olunub.
Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavand Axundzadə və digər komitə rəsmiləri idmançılarla fikir mübadiləsi aparıblar.
