Parataekvondo millimiz Münhendə medallar uğrunda döyüşəcək

10 May 2026 20:59
125
Parataekvondo millimiz Münhendə medallar uğrunda döyüşəcək

Parataekvondo üzrə Azərbaycan millisi Almaniyanın Münhen şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, komandamız yarışda K44 kateqoriyası üzrə altı idmançı ilə təmsil olunacaq. Kişilər arasında Sabir Zeynalov (58 kiloqram), Amin Əliyev (63 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) dayanqa çıxacaqlar. Qadınların mübarizəsində isə Səmayə Həsənova (47 kiloqram) qüvvəsini sınayacaq.

Milli komandanı Avropa çempionatına baş məşqçi Fərid Tağızadə çıxaracaq.

İdman.Biz