Paraüzgüçülük üzrə Azərbaycan təmsilçisi Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya Seriyasında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, yeniyetmə paralimpiyaçımız S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda fərqlənib. Əli Vəliyev 4:37.18 nəticə göstərərək gənclər arasında ikinci yeri tutub.
Bu, Azərbaycan paraüzgüçüsünün Berlin mərhələsində qazandığı ikinci medal olub. O, daha əvvəl 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə Dünya Seriyasının bürünc medalına sahib çıxıb.
View this post on Instagram
