Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
28 Noyabr 2023 14:21
208
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi regionlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, 27 noyabr – 3 dekabrda bölgələrimizdə müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- Ümumtəhsil müəssisələri arasında minifutbol üzrə Xızı rayon birinciliyi – 28-29 noyabr, saat 10:00 (Xızı rayonu);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gənclər arasında şahmat üzrə Xızı rayon birinciliyi – 28-30 noyabr, saat 10:00 (Xızı rayonu);
- Üzgüçülük idman növü üzrə 2014-2015, 2016-2017-ci il təvəllüdlü oğlan və qızlar arasında Abşeron rayon birinciliyi – 28 noyabr, saat 16:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis üzrə nümunəvi çıxışlar - 29 noyabr, saat 16:00 (Sumqayıt şəhəri, “Qarabağ” NN stolüstü tennis bazası);
- “Sağlam həyat” layihəsi çərçivəsində bədii gimnastika üzrə nümunəvi çıxışlar – 30 noyabr, saat 17:00 (Abşeron Olimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "Heydər Əliyev İli" ilə əlaqədar olaraq voleybol üzrə rayon turniri - 29-30 noyabr, saat 10:00 (Ağsu rayonu, 4 saylı tam orta məktəb);
- Şəhid Tural Şıxızadənin xatirəsinə həsr olunmuş məktəblilər arasında atletika üzrə rayin turniri - 30 noyabr, saat 10:00 (İsmayıllı rayonu, Heydər Əliyev adına Park);
- 2008-2010 və 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi - 1 dekabr, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- Beynəlxalq Əlillər Günü münasibətilə nərd üzrə rayon çempionatı - 1-2 dekabr, saat 10:00 (İsmayıllı UGİŞM);
- “Heydər Əliyev İli”nə həsr olunmuş 2010–2012-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şamaxı “Şirvan” Güləş Klubunun açıq birinciliyi - 2 dekabr, saat 10:00 (Şamaxı rayonu, “Şirvan” Güləş Klubu);
- "12 dekabr - Ümummilli lider Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş cüdo üzrə Dağlıq Şirvan Region birinciliyi - 2-3 dekabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Yunan-Roma güləşi üzrə "Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin açıq birinciliyi - 26-27 noyabr, saat 9:00 (Gəncə İdman Liseyi PHŞ);
- "İdman hamı üçün" layihəsi ilə əlaqədar olaraq futbol üzrə nümunəvi çıxışlar - 28 noyabr, saat 15:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdoçuların nümunəvi çıxışları - 28 noyabr, saat 15:00 (Goranboy Olimpiya İdman Kompleksi)
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar - 28 noyabr, saat 16:00 (2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol idman növü üzrə nümunəvi çıxışlar - 29 noyabr, saat 16:00 (Kəpəz stadionu);
- Taekvondo üzrə nümunəvi çıxışlar- 30 noyabr, saat 15:00 (Göygöl Olimpiya İdman Kompleksi);
- “Heydər Əliyev İli”nə həsr olunmuş idarə və müəssisələr arasında voleybol üzrə rayon birinciliyi - 27 noyabr - 3 dekabr, saat 16:00 (Goranboy Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Voleybol idman növü üzrə Xocalı rayon birinciliyi - 29 noyabr, saat 11:00 (Gəncə şəhər. Hacıməlik qəsəbəsi, Xocalı rayon Kosalar kənd tam orta məktəbi);
- "Heydər Əliyev İli"nə həsr olunmuş uşu-sanda idman növü üzrə 2008-2009, 2010-2011, 2012-2013 və 2014-2016-cı il təvəllüdlü idmançılar arasında Bərdə rayon birinciliyi - 29-30 noyabr, saat 15:00 (Bərdə rayonu, "Ziya" İK zalı).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- “Heydər Əliyev İli”nə həsr olunmuş qrapplinq üzrə rayon birinciliyi - 29 noyabr, saat 11:00 (Şəmkir rayonu, Grappling idman zalı);
- “İdman hamı üçün” devizi altında “Futbolu sevdirək” adlı nümunəvi çıxışlar - 30 noyabr, saat 17:00 (Ağstafa şəhər stadionu);
- Məktəbli oğlanlar və qızlar arasında güllə atıcılığı üzrə nümunəvi çıxışlar - 1 dekabr, saat 10:00 (Gədəbəy şəhər stadionu);
- Nərd üzrə Tovuz rayon turniri - 1 dekabr, saat 11:00 (Tovuz rayonu, Qafqaz əyləncə istirahət mərkəzi);
- Sərbəst güləş üzrə 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında UGİM birinciliyi - 2 dekabr, saat 10:00 (Qazax rayonu, Dəmirçilər kənd idman zalı)

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “3 Dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş boccia idman növü üzrə Quba rayon turniri - 27 noyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- “3 Dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş boccia idman növü üzrə Şabran rayon turniri - 28 noyabr, saat 15:00 (Şabran rayonu, 2 nömrəli məktəb-lisey);
- “3 Dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş boccia idman növü üzrə Xaçmaz rayon turniri - 30 noyabr, saat 11:00 (Xaçmaz rayonu, Zəfər parkı);
- “3 Dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş boccia idman növü üzrə Siyəzən rayon turniri - 1 dekabr, saat 11:00 (Siyəzən rayonu, Bayraq Meydanı);
- “3 Dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş boccia idman növü üzrə təlim-məşqlər - 1 dekabr, saat 15:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində bilyard hamı üçün kütləvi idman tədbiri - 1 dekabr, saat 15:00 (Xaçmaz rayonu, bilyard zalı).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar - 29 noyabr, saat 15:00 (Zərdab rayonu, 3 saylı tam orta məktəb);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tələbə oğlan və qızlar arasında stolüstü tennis üzrə rayon turniri - 29 noyabr, saat 11:00 (Ağdaş rayonu, ADHK);
- Üzgüçülük idman növü üzrə rayon çempionatı - 29 noyabr, saat 15:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- Bədii gimnastika üzrə rayon çempionatı - 30 noyabr, saat 15:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində UGİM-nin futbol bölməsinin nümunəvi çıxışları - 1 dekabr, saat 16:30 (Mingəçevir şəhəri, Yaşar Məmmədzadə adına stadion).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol idman növü üzrə nümunəvi çıxışlar - 27 noyabr, saat 16:00 (Saatlı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar - 29 noyabr, saat 15:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate-do idman növü üzrə nümunəvi çıxışlar - 1 dekabr, saat 14:00 (Sabirabad rayonu, "Zərbə Karate-do" idman klubu).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- "Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş futzal idman növü üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyi - 20 noyabr - 12 dekabr, saat 15:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Stolüstü tennis idman növü üzrə Uşaq-Gənclər İdman Məktəbinin qrupları arasında birincilik - 28 noyabr, saat 10:00 (Şəki rayonu, 12 saylı tam orta məktəbi);
- Basketbol idman növü üzrə məktəbli oğlanlar və qızlar arasında rayon birinciliyi - 2 dekabr, saat 10:00 (Qax rayonu, 2 N-li tam orta məktəb);
- Cüdo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi - 2-3 dekabr, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- "İdman sağlamlıqdır" devizi altında voleybol üzrə məktəblilər (qızlar) arasında Qubadlı rayon birinciliyi - 27 noyabr - 1 dekabr, saat 10:00 (Qubadlı rayonu, Sumqayıt şəhəri, H.Quliyev adına Qubadlı rayon Çaytumas məktəb-liseyi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “3 Dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr edilmiş fiziki qüsurlu sakinlər arasında dama yarışı – 30 noyabr, saat 11:00 (Salyan rayonu, Uşaq-Gənclər İdman-Şahmat məktəbi);
- Nərd üzrə rayon çempionatı - 27 noyabr, saat 10:00 (Biləsuvar Mərkəzi Parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar – 30 noyabr, saat 15:00 (Neftçala rayonu, Aşağı Qaramanlı kənd folklor evinin idman zalı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində 3x3 basketbol idman növü üzrə ustad dərsi - 2 dekabr, saat 11:00 (Hacıqabul rayonu, Meynəman kənd tam orta məktəbi).

İdman.biz