Filip Huzyu: “Azərbaycan həmişə idman dəyərlərinə önəm verir” - MÜSAHİBƏ

Müsahibə
24 Noyabr 2023 11:20
145
Filip Huzyu: “Azərbaycan həmişə idman dəyərlərinə önəm verir” - MÜSAHİBƏ

Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu Bakıda keçirdikləri Konqresdən öncə jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, toplantı ilə bağlı ətraflı məlumat verib, Azərbaycanda həmişə idman dəyərlərinə önəm verildiyini deyib.

- Azərbaycanda keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatı, ümumiyyətlə Konqres haqqında nə deyə bilərsiz?
- Bakıda dünənki mükafatlandırma mərasiminin keyfiyyətindən çox razı qaldım. Sevimli azərbaycanlı müğənninin mahnılarını dinlədim. Əsas məsələ isə budur ki, bütün bunlar həm də bizim idmanda bir ailə olduğumuzu nümayiş etdirir. Azərbaycan həmişə idman dəyərlərinə önəm verir. MOK-un Ədalətli Oyunlar komissiyanın sədri Xəzər İsayev də bu dəyərləri yüksək və ciddi şəkildə qiymətləndirir. Bir sözlə, dünənki tədbir əla keçdi. Ümid edirəm, Konqres də elə olacaq.

- Konqresin gündəliyində əsasən hansı mövzular olacaq?
- Biz idmanla bağlı qurum olaraq, ümumiyyətlə idman, yarışlar və bu sahədə olan bəzi problemlərin həllini tapmaq istəyirik. Bu, elə də asan məsələ deyil, çünki söhbət sadəcə, futboldan və ya spesifik idman növlərindən getmir. Ümid edirəm ki, bugünki müzakirələrin nəyinki Avropa və Azərbaycan, həmçinin digər bölgələr üçün də effektiv nəticəsi olacaq.

- Dünən Azərbaycan Badminton Federasiyası da mükafatlandırılıb, bu haqda nə deyə bilərsiniz?
- Bu artıq ikinci dəfədir ki, baş verir. Onlar çox dinamikdirlər və unikal xüsusiyyətləri var. Bu mükafatın məhz Bakıda təqdim olunması isə həm bizim, həm də federasiya üçün ayrı bir həyacandır.

Banuçiçək Hüseynli

İdman.biz