Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
21 Noyabr 2023 13:01
247
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, noyabrın 20-26-da Portuqaliyada kikboksinq, Bosniya və Herseqovina isə taekvondo üzrə turnirlər təşkil olunacaq.

Böyüklər və veteranlar arasında kikboksinq üzrə dünya çempionatı - 17-25 noyabr (Portuqaliya, Albufeyra);

Taekvondo üzrə böyüklər arasında "Balkan Cup" beynəlxalq turniri - 25-28 noyabr (Bosniya və Herseqovina, Sarayevo).

İdman.biz