Böyük Britaniyanın tanınmış futbol saytı "The11.news" "Turan Tovuz" haqqında yazıb.
İdman.biz xəbər verir ki, nəşr "Turan Tovuz" ilə İngiltərənin "Hull Siti" klubu arasındakı əməkdaşlıqla bağlı xəbər yayıb.
Məlumata görə gələcəkdə iki klub arasında mühüm tərəfdaşlıq müqaviləsinin imzalanması gözlənilir.
Qeyd edək ki, “Hull Siti ” futbol klubunun sahibi Acun Ilıcalı, “Turan-Tovuz ”nın rəhbəri isə "Hünər Qrup" şirkətinin təsisçisi Ehtiram Quliyevdir.
İdman.biz
"Turan Tovuz" Böyük Britaniya mətbuatında
