İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftəlik AFİŞA

Xəbərlər
10 Oktyabr 2023 10:29
205
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftəlik AFİŞA

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, oktyabrın 9-15-də müxtəlif növlər üzrə komandalarımız bir sıra yarışlara qatılacaq.

Onların siyahısını təqdim edirik.

Parataekvondo üzrə Qran-Pri turniri - 4-10 oktyabr (Çin, Tayvan şəhəri);
Şahmat üzrə dünya çempionatı - 9-16 oktyabr (İtaliya, Sardiniya adası);
Həndbol üzrə (U-17) "IHF Trophy" turniri - 10-16 oktyabr (Kosova, Priştina);
Həndbol üzrə Avropa çempionatının təsnifat mərhələsi - 11 oktyabr (Şimali Makedoniya, Skopiya);
Bilyard üzrə "Lasko Open" beynəlxalq turniri - 11-15 oktyabr (Sloveniya, Lasko);
Kapoeyra üzrə “Capeira Tallin Cup” beynəlxalq turniri - 13-15 oktyabr (Estoniya, Tallin);
Aerobika gimnastikası üzrə dünya kuboku - 13-15 oktyabr (Rumıniya, Buxarest);
Həndbol üzrə Avropa Kuboku - 14 oktyabr (Xorvatiya, Zaqreb);
8, 10, 12 yaş qruplarında oğlanlar və qızlar arasında dünya çempionatı - 14-27 oktyabr (Misir, Şarm əl-Şeyx).

İdman.biz