Sentyabrın 8-dən 13-dək Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, ölkəmiz yarışda 8 idman növü üzrə təmsil olunacaq.
Azərbaycan yığmasının heyətində 54 idmançı qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə mübarizə aparacaq.
Qeyd edək ki, oyunlarda ölkəmizi təmsil edəcək nümayəndə heyəti və idmançılarımız yola düşüblər.
İdman.biz