Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
2 Sentyabr 2024 19:40
127
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 2-8-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə idman ustası Zülfüqar Quliyev tərəfindən ustad dərsləri – 4 sentyabr, saat 9:00 (Xızı rayon, Giləzi qəsəbəsi, UGİŞM-in idman zalı);
- "Gimnastika hamı üçün” layihəsi çərçivəsində analar və uşaqlar üçün tədbir – 5 sentyabr, saat 10:00 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına şəhər stadionu);
- “Sağlam həyat” layihəsi çərçivəsində üzgüçülük üzrə məşqçi-müəllim Nurlan Mahmudzadə tərəfindən məşq – 5 sentyabr, saat 12:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş şahmat həll etməsi üzrə kişi və qadınlar arasında Sumqayıt şəhər çempionatı – 6-7 sentyabr, saat 9:00 ("Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Alpinizm üzrə Dübəndi gecə qaçışı – 7 sentyabr (Abşeron);
- Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş cüdo üzrə 2008-2010; 2011-2013-cü il təvəllüdlü oğlanlar və qızlar arasında Sumqayıt Olimpiya İdman Kompleksinin açıq turniri – 8 sentyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol idman növü üzrə idman tədbiri – 4 sentyabr, saat 11:00 (İsmayıllı şəhər Heydər Əliyev adına park);
- “İdman hamı üçün” layihəsi çərçivəsində fitnes üzrə idman tədbiri – 6 sentyabr, saat 17:00 (Şamaxı şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə ustad dərsləri – 6 sentyabr, saat 17:00 (Qobustan şəhəri “Ağırlıqqaldırma” idman zalı);
- Yeniyetmə və məktəblilər arasında boks üzrə Ağsu “İstiqlal” İdman Klubunun açıq turniri – 6-7 sentyabr, saat 10:00 (Ağsu Olimpiya İdman Kompleksi);
- Vətən Müharibəsi Şəhidi Dəmirov Vüsal Aydın oğlunun anadan olmasının 31-ci ildönümünə həsr olunmuş 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə İsmayıllı rayon turniri – 8-9 sentyabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar – 2 sentyabr, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə “Ustad dərsi” – 3 sentyabr, saat 17:00 (Gəncə şəhəri, İcra hakimiyyətinin qarşısı);
- ''Yaşıl dünya naminə həmrəylik ili'' və ''İdman hamı üçün'' layihəsi çərçivəsində uşaqların iştirakı ilə gimnastika üzrə nümunəvi çıxışlar – 4 sentyabr, saat 10:00 (Samux şəhər Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar – 4 sentyabr, saat 16:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 10:00 (Goranboy rayonu, Alpout kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 16:00 (Naftalan şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində aşihara karate üzrə nümunəvi çıxışlar – 6 avqust, saat 17:00 (Göygöl rayonu, Heydər Əliyev parkı).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Futbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında Şəmkir UGİM-in daxili birinciliyi – 2 sentyabr, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Ciu-citsu üzrə nümunəvi çıxışlar – 3 sentyabr, saat 18:30 (Şəmkir şəhər "TT GYM" idman zalı);
- Minifutbol üzrə nümunəvi çıxışlar – 4 sentyabr, saat 16:00 (Ağstafa şəhər stadionu);
- Futbol üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 10:00 (Tovuz rayon Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi);
- Şahmat üzrə həvəskarlar arasında rayon turniri – 7-8 sentyabr, saat 10:00 (Gədəbəy İdman Klubunun zalı);
- Sərbəst güləş üzrə 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi – 5-6 sentyabr, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gəncər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə kütləvi idman tədbiri – 3-4 sentyabr, saat 15:00 (Qusar rayonu, 4 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri – 5 sentyabr, saat 10:00 (Şabran rayonu, "Lokomotiv" idman zalı);
- Bədii gimnastika üzrə beynəlxalq turnir – 5-7 sentyabr (Quba);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri – 6 sentyabr, saat 10:00 (Siyəzən şəhər stadionu);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində yeniyetmələr arasında minifutbol üzrə yoldaşlıq görüşləri – 6 sentyabr, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri – 7 sentyabr, saat 19:00 (Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə rayon tədbiri – 2 sentyabr, saat 9:30 (Yardımlı Olimpiya İdman Kompleksi);
- 27 sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında minifutbol üzrə region turniri – 2-27 sentyabr, saat 16:00 (Lənkəran rayon Separadi İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş sərbəst güləş və yunan-Roma güləşi üzrə Astara rayon açıq birinciliyi – 2-3 sentyabr, saat 10:00 (Astara Olimpiya İdman Kompleksi);
- Basketbol üzrə Cəlilabad rayon turniri – 3 sentyabr, saat 10:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri – 6 sentyabr, saat 16:00 (Masallı rayon Nizami Gəncəvi adına xatirə parkı);
- "Sağlam həyat" günləri çərçivəsində açıq idman tədbiri – 6-7 sentyabr, saat 16:00 (Lənkəran rayon Xəzər dənizinin sahil zonası);
- Kunq-fu üzrə Ölkə kuboku – 8 sentyabr (Cəlilabad rayonu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri – 8 sentyabr, saat 15:00 (Lerik rayon 2 nömrəli tam orta məktəbin idman meydançası).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Kikboksinq üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 10:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- 15 sentyabr - Bilik Günü münasibətilə sərbəst güləş üzrə rayon birinciliyi – 5 sentyabr, saat 10:00 (Zərdab rayonu, Bölmənin idman zalı).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Kanoe və avarçəkmə üzrə ölkə çempionatı (bütün növlər) – 2-5 sentyabr (Mingəçevir şəhəri);
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 3 sentyabr, saat 16:00 (Sabirabad şəhər 2 nömrəli tam orta məktəbin meydançası);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 16:00 (Saatlı rayonu cüdo təlim mərkəzi);
- Vətən müharibəsi şəhidi Hüseynli Ağa Aydın oğlunun xatirəsinə həsr olunmuş gənclər arasında cüdo üzrə açıq Sabirabad rayon birinciliyi – 7 sentyabr, saat 10:00 (Sabirabad Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə rayon turniri – 3-4 sentyabr, saat 11:00 (Oğuz rayon Mədəniyyət Mərkəzi);
- Həvəskarlar arasında futbol üzrə məhəllə birinciliyinin final mərhələsi – 4 sentyabr, saat 18:00 (Qax rayon Qaxbaş stadionu);
- Yeniyetmələr arasında sərbəst güləş üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 16:00 (Zaqatala rayonu Güləş Məktəbi);
- 16 yaşadək şahmat üzrə Respublika Uşaq Olimpiadası (şəxsi-komanda) – 5-15 sentyabr (Qax);
- Yeniyetmələr arasında cüdo üzrə rayon turniri – 7 sentyabr, saat 11:00 (Balakən rayonu Olimpiya İdman Kompleksi).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Voleybol üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 11:00 (Biləsuvar şəhər Heydər Əliyev Parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar – 6 sentyabr, saat 9:00 (Salyan şəhər Uşaq Əyləncə parkı);
- 6 yaş və daha kiçik yaşlı uşaqlar üçün "Sağlam həyat" proqramı çərçivəsində atletika və gimnastika idman növlərindən normativlər üzrə idman tədbiri – 6 sentyabr, saat 10:00 (Biləsuvar rayon, Zəhmətabad kənd uşaq bağçası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar – 6 sentyabr, saat 10:00 (Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısı);
- Minifutbol üzrə nümunəvi çıxışlar – 6 sentyabr, saat 11:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş 2008-2009-2010-cu il təvəllüdlü yeniyetmə idmançılar arasında sərbəst güləş üzrə Salyan açıq rayon birinciliyi – 8 sentyabr, saat 10:00 (Salyan rayon Şorsulu kəndi).

İdman.biz