Azərbaycan İdman Akademiyasının rektoru Kembric Universitetinin məsul şəxsləri ilə görüşüb - FOTO

10 Sentyabr 2026 16:55
59
Azərbaycan İdman Akademiyasının rektoru Kembric Universitetinin məsul şəxsləri ilə görüşüb - FOTO

Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev Kembric Universitetinin təhsil ekspertləri Ceyms Bidl və Dr.Reyçel Ceffersonla görüşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ASA-nın rektoru Kembric Universiteti ilə əməkdaşlığın akademik heyətin peşəkar bacarıqlarının inkişafına, müasir təhsil yanaşmalarının öyrənilməsinə və tətbiqinə mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycanın böyük idman tədbirlərinə ev sahibliyi etməsi, eləcə də Akademiyanın məzunlarının yalnız yerli deyil, beynəlxalq əmək bazarına çıxması bu əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Kembric Universitetinin təhsil ekspertləri bu əməkdaşlığı yüksək qiymətləndirib və dəvətə görə ASA rəhbərliyinə təşəkkür ediblər.

Sonda gələcəkdə də təhsil sahəsində yeniliklərin və islahatların həyata keçirilməsi məqsədilə Akademiyanın Kembric Universiteti ilə əlaqələrinin davam etdirilməsi planlaşdırılıb.

İdman.Biz