Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux fiziki hazırlığı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, 58 yaşlı dövlət başçısı hərbi hissəyə səfəri zamanı 100 kq çəkili ştanqla “bench press” hərəkətini 20 dəfə yerinə yetirib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.
Qeyd edək ki, Uxnaagiyn Xurelsux əvvəllər orduda zabit kimi xidmət edib. O, həmçinin Monqolustanda Harley-Davidson klubunun yaradıcılarından biri kimi tanınır və gitara ifa edir.
Xurelsux prezident postunda Xaltmaagiyn Battulqanı əvəzləyib. Battulqa isə keçmişdə sambo üzrə dünya çempionu olub.
