Azərbaycan İkinci Liqasında ikinci turun oyun gününə yekun vurulub.
İdman.Biz xəbər verir ki, “Qaradağ Lökbatan” evdə “Şirvan”a uduzub. Günün son matçında “Ağdaş” doğma meydanda “Şəmkir”i qəbul edib.
İlk oyun günündə baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Azərbaycan İkinci Liqası
İkinci tur
7 sentyabr
“Qaradağ Lökbatan” – “Şirvan” 2:3
Qollar: R.Quliyev, 18; Ç.Məmmədov, 49 – İ.İbrahimli, 35; İ.Zeynallı, 55 (pen.); E.Məmmədov, 62.
“Ağdaş” – “Şəmkir” 0:1
Qol: C.Əsədzadə, 78.
Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.
11:13
Futbol üzrə Azərbaycanın İkinci Liqasında ikinci tura bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Qaradağ Lökbatan” evdə “Şirvan”la üz-üzə gələcək. Günün son matçında “Ağdaş” doğma meydanda “Şəmkir”i qəbul edəcək.
Azərbaycan İkinci Liqası
İkinci tur
7 sentyabr
16:00. “Qaradağ Lökbatan” - “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev
Hakim-inspektor: İmanxan Sultani
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu
16:30. “Ağdaş” - “Şəmkir”
Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
Ağdaş. Şəhər stadionu
Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.
