Xulian Alvares “Atletiko” azarkeşrlərindən üzr istədi: “Bu, səhv idi”

25 Oktyabr 2026 01:58
127
Xulian Alvares “Atletiko” azarkeşrlərindən üzr istədi: “Bu, səhv idi”

“Atletiko”nun hücumçusu Xulian Alvares 2026-cı il dünya çempionatı zamanı Madrid klubundan ayrılmaq istədiyini bildirdiyi açıqlamasına görə azarkeşlərdən üzr istəyib.

İdman.Biz AS-a istinadən xəbər verir ki, argentinalı futbolçu bu barədə La Liqanın onuncu turunda “Deportivo” ilə keçirilən və komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra danışıb.

“Dünya çempionatında söylədiyim sözlərə görə azarkeşlərimizdən üzr istəyirəm. Bu, səhv idi. Həmin fikirləri necə və nə vaxt səsləndirməyim düzgün deyildi. Azarkeşləri başa düşürəm. Xüsusilə də kluba gəldiyim gündən mənə göstərdikləri dəstəyi nəzərə alanda. Onlar mənə qarşı çox səxavətli olublar. İndi işləmək və bütün gücümü ortaya qoymaq növbəsi məndədir. Mənə kömək edən komanda yoldaşlarımın dəstəyinə görə də minnətdaram”, - deyə Alvares bildirib.

Hücumçu hazırkı fiziki vəziyyətinə də toxunub:

“Özümü getdikcə daha yaxşı hiss edirəm. Komanda yoldaşlarım həmişə məni dəstəkləyiblər. Oyunumu inkişaf etdirmək üzərində çalışıram. Fiziki baxımdan vəziyyətim yaxşılaşır, topla da özümü daha rahat hiss edirəm”.

Qeyd edək ki, “Atletiko”nun “Deportivo” üzərində qələbəsini təmin edən yeganə qolu Alvares 48-ci dəqiqədə vurub.

İdman.Biz