Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər - FOTO

8 Sentyabr 2026 22:15
72
Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər

Sentyabrın 10-dan 13-dək Belarusun Minsk şəhərində kayak və kanoe üzrə “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku” beynəlxalq yarışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da turnirdə iştirak edəcəklər.

Azərbaycanı yarışda 3 idmançı təmsil edəcək. Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq.

İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.

İdman.Biz