III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas - FOTO

Xəbərlər
10 İyul 2024 19:32
229
III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas - FOTO

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı işçi qrupun növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda işçi qrupun üzvləri iştirak ediblər.

İclasda idman obyektlərinin hazırlığı, akkreditasiya, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, tibb, yayım, açılış-bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər müzakirə edilib.

III MDB Oyunları gələn il Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

İdman.biz