Ağcabədidə “Sağlam həyat" günləri olacaq

Xəbərlər
20 İyun 2024 11:04
138
Ağcabədidə “Sağlam həyat" günləri olacaq

Gənclər və İdman Nazirliyi iyunun 21-22-də Ağcabədi rayonunda “Sağlam həyat" günləri təşkil edəcək.

İdman.biz xəbər verir ki, tədbir “Heydər Əliyev” parkında təşkil olunacaq.

“Sağlam həyat" günlərində müxtəlif idman növləri üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Sağlam həyat" günlərinə qoşulmaq üçün öncədən qeydiyyat tələb olunmur və hər kəs “Sağlam həyat" günlərinə qoşula bilər.

İdman.biz

Məqalədə: