Bakıda gənclər festivalı keçiriləcək

Xəbərlər
13 Sentyabr 2023 11:52
81
Bakıda gənclər festivalı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən İdman.biz-a verilən məlumata görə, Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında sentyabrın 21-dən 24-dək təşkil olunacaq tədbirə 16-29 yaş arası hər kəs qatıla bilər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.

İdman.biz