Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
15 Aprel 2024 19:11
90
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, aprelin 15-21-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis üzrə ustad dərsləri – 15 aprel, saat 17:00 (Sumqayıt bulvarı, “Qarabağ” NN stolüstü tennis bazası);
- Şahmat üzrə üzrə dərəcə yarışı – 15-19 aprel, saat 10:00 (“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- “Sağlam həyat” layihəsi çərçivəsində kikboksinq üzrə ustad dərsləri – 16 mart, saat 19:00 (Abşeron rayonu, Digah kəndi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə ustad dərsləri – 17 aprel, saat 16:00 (Xızı rayonu, Altıağac qəsəbəsi, UGİŞM);
- “İdman hamı üçün” layihəsi çərçivəsində şahmat üzrə ustad dərsləri – 18 aprel, saat 11:00 (Xızı rayonu, Giləzi qəsəbəsi, UGİŞM);
- Cüdo üzrə 2010-2012-ci il təvəllüdlü oğlan və qızlar arasında region birinciliyi – 19 aprel, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “Sağlam həyat” layihəsi çərçivəsində alpaqut üzrə ustad dərsləri – 19 aprel, saat 19:00 (Abşeron rayonu, Fatmeyi idman klubu);
- Ağır atletika üzrə region birinciliyi - 20 aprel, saat 11:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Taekvondo üzrə 2011-2012, 2013-2015-ci il təvəllüdlü yeniyetmələr arasında açıq birincilik – 21 aprel, saat 10:00 ("Təhsil" RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat üzrə məşğələ - 18 aprel, saat 15:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində şən startlar əyləncəli estafet yarışı - 19 aprel, saat 13:00 (Şamaxı rayonu, Göylər kənd 2 saylı tam orta məktəb);
- Vətən müharibəsi şəhidi Səməd Hüseynzadənin xatirəsinə həsr olunmuş atıcılıq üzrə İsmayıllı rayon turniri - 19 aprel, saat 10:00 (İsmayıllı rayonu, 3 nömrəli məktəb-lisey);
- Yeniyetmələr artasında uşu-sanda üzrə Qobustan rayon turniri – 20 aprel, saat 15:00 (Güləş idman zalı).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Voleybol üzrə ümumtəhsil məktəb komandaları arasında Goranboy rayon birinciliyi - 16-21 aprel, saat 15:00 (Goranboy rayonu, 1 nömrəli tam orta məktəb);
- Basketbol üzrə ümumtəhsil məktəb komandaları arasında Daşkəsən rayon birinciliyi - 17-18 aprel, saat 11:00 (Daşkəsən rayonu, Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəb);
- Atletika üzrə Göygöl rayon birinciliyi - 19 aprel, saat 10:00 (Göygöl rayonu, Mərkəzi şəhər stadionu);
- Cüdo üzrə nümunəvi çıxışlar - 19 aprel, saat 16:00 (Naftalan UGİM);
- Üzgüçülük üzrə nümunəvi çıxışlar - 20 aprel, saat 15:00 (Gəncə Olimpiya İdman Kompleksi).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Qızlar arasında voleybol üzrə nümunəvi çıxışlar - 16 aprel, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Fitnes və bodibildinq üzrə ustad dərsləri - 17 aprel, saat 15:00 (Qazax Olimpiya İdman Kompleksi)
- Qızlar arasında voleybol üzrə nümunəvi çıxışlar - 18 aprel, saat 15:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxışlar - 19 aprel, saat 15:00 (Ağstafa şəhər stadionu);
- Futbol üzrə nümunəvi çıxışlar - 19 aprel, saat 15:00 (Gədəbəy şəhər stadionu).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Kadetlər arasında sərbəst güləş üzrə yığma komandasının təlim-məşq toplanışı - 15-24 aprel, saat 11:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Triatlon üzrə milli yığma komanda üzvlərinin təlim-məşq toplanışları - 15-20 aprel, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- Güləş üzrə yığma komandanın təlim-məşq toplanışları - 15-24 aprel, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Şabran çempionatının növbəti oyunları – 15-19 aprel, saat 18:30 (Şabran rayonu, Bayraq Meydanı, süni örtüklü futbol meydançası);
- Voleybol üzrə məktəbli qızlar arasında kütləvi idman tədbiri - 16 aprel, saat 14:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə kütləvi idman tədbiri - 16-20 aprel, saat 17:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Balabəy Əliyevin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında minifutbol üzrə Qusar rayon turniri - 17-19 aprel, saat 10:00 (Qusar rayonu, "Metak" futbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri - 17 aprel, saat 15:00 (Şabran rayonu, UGİM);
- 10-11 və 12-13 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə zona birinciliyi – 18 aprel, saat 10:00 (Siyəzən Gənclər Evi);
- Cüdo üzrə qruplararası kütləvi idman tədbiri - 20 aprel, saat 10:00 (Şabran rayonu, güləş idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə kütləvi idman tədbiri - 20 aprel, saat 16:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində güləş üzrə kütləvi idman tədbiri - 21 aprel, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol turnirinin qrup mərhələsinin oyunları - 15-21 aprel, saat 14:00 (Cəlilabad rayonu, Gülməmmədli kənd stadionu);
- Kadetlər arasında boks üzrə zona birinciliyi - 15-17 aprel, saat 14:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş həvəskarlar arasında futbol üzrə rayon açıq turnir - 15 aprel - 7 may, saat 14:00 (Masallı rayonu, Təzə Alvadı kənd stadionu);
- “Vətənin müdafiəsinə hazıram!” poliatlon yarışı - 17 aprel, saat 10:00 (Masallı Olimpiya İdman Kompleksi);
- Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə rayon turniri - 17 aprel, saat 10:00 (Cəlilabad rayonu, Göytəpə şəhəri);
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş qızlar arasında şahmat turniri - 17-19 aprel, saat 15:00 (Masallı rayonu, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Aprel döyüşlərinin qəhrəmanı, şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş şahmat üzrə məktəblilər arasında Astara rayon turniri - 17-19 aprel, saat 10:00 (Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Məktəblilər arasında şahmat üzrə ustad dərsləri - 18 aprel, saat 15:00 (Yardımlı rayonu, 1 saylı tam orta məktəb);
- “Vətənin müdafiəsinə hazıram!” poliatlon yarışı - 19 aprel, saat 11:00 (Lerik şəhər stadionu);
- "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon turniri - 19 aprel, saat 10:00 (Cəlilabad rayonu, mərkəzi stadion);
- “Sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 20 aprel, saat 11:00 (Lənkəran Gənclər Evi).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş minifutbol üzrə rayon birinciliyi - 15 aprel - 10 may, saat 20:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- Minifutbol üzrə gənclər və həvəskarlar arasında rayon birinciliyi - 16-30 aprel, saat 19:30 (Ucar rayonu, mərkəzi stadionun minifutbol meydançası);
- Taekvondo üzrə ustad dərsləri - 17 aprel, saat 16:30 (Ucar rayonu, 4 nömrəli məktəb);
- Avarçəkmə üzrə nümunəvi çıxışlar - 18 aprel, saat 15:30 (Mingəçevir şəhəri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi);
- Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş minifutbol üzrə rayon çempionatı 20 aprel - 10 may, saat 17:00 (Zərdab mərkəzi stadionu);
- Uşu üzrə rayon birinciliyi - 21 aprel, saat 10:00 (Göyçay rayonu, "Xan " döyüş klubunun idman zalı).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində minifutbol üzrə nümunəvi çıxışlar - 17 aprel, saat 15:00 (M.Ə.Sabir adına məktəb);
- Atletika üzrə yeniyetmələr arasında rayon turniri - 19 aprel, saat 10:00 (Saatlı Olimpiya İdman Kompleksi);
- UGŞİM qrupları arasında şahmat üzrə birincilik - 15-18 aprel, saat 10:00 (İmişli şahmat məktəbi);
- Minifutbol üzrə 2010-2011 təvəllüdlü məktəblilər arasında rayon turniri - 20 aprel, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə nümunəvi çıxışlar - 20 aprel, saat 11:00 (Balakən rayonu, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı)
- 2015-2016-cı il təvəllüdlü oğlanlar və qızlar arasında üzgüçülük üzrə rayon birinciliyi - 19-20 aprel, saat 16:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında cüdo üzrə nümunəvi çıxışlar - 18 aprel, saat 16:00 (Zaqatala rayonu, Uşaq-Gənclər İdman Məktəbi);
- Yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar - 19 aprel, saat 11:00 (Qax rayonu, ağır atletika zalı);
- Məktəblilər arasında voleybol üzrə rayon birinciliyi - 15-19 aprel, saat 11:00 (Şəki rayonu, 8 saylı şəhər tam orta məktəb);
- Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə "Şəki Kuboku-2024" turniri - 15 aprel, saat 18:00 (Şəki Olimpiya İdman Kompleksi).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Təzə şəhər zonasında yerləşən orta ümumtəhsil məktəblərinin komandaları üzrə “Şən startlar” adlı yarış - 16 aprel, saat 10:00 (Şirvan şəhəri, 21 nömrəli tam orta məktəb);
- Köhnə şəhər zonasında yerləşən orta ümumtəhsil məktəblərinin komandaları üzrə “Şən startlar” adlı yarış - 17 aprel, saat 10:00 (Şirvan şəhəri, 13 nömrəli tam orta məktəb);
- Zona qaliblərinin final görüşləri - 18 aprel, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi - 20-21 aprel, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi - 18-19 aprel, saat 10:00 (Neftçala rayonu, Bankə qəsəbəsi);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş orta ümumtəhsil məktəbləri arasında atletika üzrə rayon birinciliyi - 18 aprel, saat 10:00 (Salyan rayonu, Aşağı Kürkənd kənd tam orta məktəb);
- İdarə, müəssisə və təşkilatların komandaları arasında futzal üzrə rayon birinciliyi - 19 aprel - 27 may, saat 14:00 (Biləsuvar Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” devizi altında sərbəst güləş üzrə nümunəvi çıxışlar - 20 aprel, saat 15:00 (Hacıqabul rayonu, güləş zalının qarşısı).

İdman.biz