“Grand Slam Rome”dan 3 medalla

Xəbərlər
14 Aprel 2024 13:27
232
“Grand Slam Rome”dan 3 medalla

Azərbaycan idmançıları İtaliyanın Roma şəhərində keçirilən ciu-citsu üzrə beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

İdman.biz xəbər verir ki, yüksək titullu “Grand Slam Rome” yarışında 3 medal qazanıblar.

Ramil Muradov fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Orxan Xəlilov və Sənan Zeynalov isə 2-ci yeri tutublar.

İdman.biz