Hidayət Heydərov “üçlüy”ə yüksəlib - idmançılarımızın aprel reytinqi

Xəbərlər
4 Aprel 2024 16:35
Hidayət Heydərov “üçlüy”ə yüksəlib - idmançılarımızın aprel reytinqi

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, aprel üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olub.

Cədvələ yenə bədii gimnast Zöhrə Ağamirova başçılıq edir. Onun aktivində 610 xal var.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (580 xal) yerdə qərarlaşıb. Üçüncü pilləni isə cüdoçu Hidayət Heydərov ələ keçirib – 365 xal. O, kişi idman gimnastikası üzrə Dünya kubokunun qalibi Nikita Smirnovu (430 xal) qabaqlayıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdman.biz