Sentyabrın 9-dan 10-na keçən gecə Sidneydə (Avstraliya) qarışıq döyüş növləri üzrə UFC 293 turniri baş tutub. Əsas döyüşdə hazırkı orta çəkidə çempion (84 kq-a qədər) yeni zelandiyalı İsrael Adesanya reytinqin beşinci nömrəsi - amerikalı Şon Striklend ilə döyüşdə titulunu qorumağa çalışıb.
Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Striklendin qalib gəlməsi ilə başa çatıb. Striklend karyerasında 28-ci qələbəsini qazanıb. Onun 5 məğlubiyyəti olub. Adesanya karyerasında üçüncü məğlubiyyətini alıb. Onun hesabında 24 qələbə var.
Aprel ayında UFC 287-də baş tutan son döyüşündə Adesanya titulunu qaytarmaq üçün revanş döyüşündə braziliyalı Aleks Pereyranı nokaut etdi. Striklend iyul ayında ESPN 48-də UFC-də Alman Abusupyan Maqomedovu ikinci raundun əvvəlində dayandırıb.
İdman.biz