Azərbaycan və Qırğızıstan arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Xəbərlər
18 Mart 2024 19:31
130
Azərbaycan və Qırğızıstan arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmanəliyevi qəbul edib.

İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

İdman.biz