Nazir agentliyin direktoru ilə görüşüb - FOTO

Xəbərlər
4 Mart 2024 20:41
162
Nazir agentliyin direktoru ilə görüşüb - FOTO

Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Litva Respublikasının Milli İdman Agentliyinin direktoru Mindauqas Şpokası qəbul edib.

İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

İdman.biz