Azərbaycanda idman həftəsi başlayır

Xəbərlər
27 Fevral 2024 20:16
386
Azərbaycanda idman həftəsi başlayır

5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ölkəmizdə idman həftəsi başlayır.

İdman.biz xəbər verir ki, bununla bağlı Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Sabah paytaxtda start götürəcək idman tədbirləri martın 5-də Qubada İdman paradı ilə yekunlaşacaq.

“İdman həftəsi” (28 fevral - 5 mart) çərçivəsində təşkil ediləcək tədbirlər
28 fevral

- İdman fotoqrafı Dilavər Nəcəfovun foto sərgisi – 28 fevral – 4 mart (“Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzi);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Yaşıl dünya və idman" mövzusunda rəsm sərgisi – 28 fevral – 4 mart ("İçərişəhər" metrostansiyası);
- "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "İdman və ekologiya" mövzusunda esse müsabiqəsi - 15 fevral - 5 mart (Ölkə üzrə bütün məktəblər arasında);
- İdman media nümayəndələri arasında futbol yarışı - saat 12:00 (Bakı Olimpiya Stadionu)
- Səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında şahmat yarışı - saat 14:00 ("İbis" mehmanxanası).
29 fevral
- "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 06:00 (Xankəndi - Yevlax);
- İdman federasiyaları, paralimpiya və deflimpiya komitələrinin əməkdaşları arasında "Fibonaççi" intellektual yarışı - saat 11:00 (MGA);
- Uşaq evləri arasında əyləncəli atletika yarışı - saat 14:00 (Respublika Olimpiya Mərkəzi).
1 mart
- "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 6:00 (Yevlax - Ucar);
- "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası - saat 9:00 (MİTRİ);
- Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışının seçmə mərhələsi - saat 11:00 ("Şüa" İdman Kompleksi);
- Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində futbol və badminton oyunu - saat 14:00 (Bilgəh qəsəbəsi).
2 mart
- "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 6:00 (Ucar - Hacıqabul)
- Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında oxatma yarışı - saat 10:00 (GİN);
- Tələbələr arasında idman dırmanması - saat 11:00 (Azərbaycan Apinizm Federasiyası);
- Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışının yarımfinal və final mərhələləri - saat 14:00 ("Şüa" İK).
3 mart
- "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 6:00 (Hacıqabul - Qobustan);
- Fiziki məhdudiyyətli idmançılar arasında estafet yarışı - saat 11:00 (Paralimpiya İK);
- Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı - saat 11:00 (Voleybol Mərkəzi);
- "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar ağacəkmə aksiyası - saat 15:00 (ADBTİA).
4 mart
- "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 8:00 (Qobustan - Bakı);
- Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı - saat 11:00 (İçərişəhər, "Shah Palace");
- "Qürurla irəli" şüarı ilə ultra marafonu (FİNİŞ) - saat 12:00 (Bakı - Bulvar);
- Şəhid və qazi övladları üçün buz üzərində master-klas - saat 13:00 (Heydər Əliyev Adına İdman Konsert Kompleksi);
5 mart
- Gənclər və idman naziri Fərid Qayıbovun Regional Gənclər və İdman İdarələrinin, Olimpiya İdman Komplekslərinin, Uşaq-Gənclər İdman Məktəblərinin və Gənclər Evlərinin direktorları ilə görüşü - saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- İdman paradı - saat 12:00 (Quba Olimpiya İdman Kompleksi).

İdman.biz